Ani mesajlaşma tətbiqləri üzərindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından dələduzluqlar həyata keçirilir.
AvroMedia.az xəbər verir ki, bu barədə nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Qeyd olunub ki, müxtəlif elan platformalarında məhsul paylaşan vətəndaşların nömrələrinə məhsulu almaq barədə mesajlar göndərilərək onlar saxta keçidlərə yönləndirilir:
"Həmin keçidlər vasitəsilə məhsulun ödənişini almaq üçün vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.
ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir".
Xatırladaq ki, daha əvvəl də “Azərpoçt”un adından vətəndaşlara qarşı dələduzluq hallarına yol verilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi