Bu həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarına start verilir. İlk iclasın fevralın 12-də keçirilməsi planlaşdırılır. İclaslarda məhkumların ərizələri, onların ailə üzvlərinin müraciətləri və digər aidiyyəti sənədlər müzakirə olunacaq.
AvroMedia.az xəbər verir ki, komissiyanın qəbul etdiyi qərarlar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv sərəncamı hazırlanır. Ənənəvi olaraq, bu sərəncamlar adətən Novruz bayramı öncəsi və ya ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində imzalanır.
Maraqlıdır, iclaslar zamanı müzakirə olunacaq adlar arasında tanınmış meyxanaçı Rəşad Dağlının da adı yer ala bilərmi?
Məsələ ilə bağlı hüquqşünas Turan Abdullazadə Ajans.az-a açıqlamasında deyib ki, əfvetmə aktı fərdi qaydada Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir:
“Əfvetmə aktı cinayət törətməyə görə məhkum olunmuş şəxsin cəzanın qalan hissəsindən azad edilməsi, təyin edilmiş cəzanın müddətinin azaldılması və ya cəzanın daha yüngül cəza növü ilə əvəz olunması formasında həyata keçirilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında maksimum 25 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Bundan əlavə, əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Qeyd edək ki, xalq tərəfindən dəstəklənən və xüsusi ictimai rolu olan şəxslər barədə ictimai rəyin müsbət olması onların əfv edilmə şansını artıran amillərdən biri ola bilər. Lakin yekun qərar Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Əfv Məsələləri Komissiyasının tövsiyələri əsasında qəbul edilir".

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi