Bu il Bakıda yeni piyada zonalarının yaradılması planlaşdırılır.
AvroMedia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, əsas məqsəd paytaxtın sakinlər üçün daha rahat və əlverişli vəziyyətə gətirilməsidir.
“Piyadaların şəhər mobilliyində əsas yer tutması üçün artıq bir sıra layihələr reallaşdırılıb. Avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını və piyada zolağının yaradılmasını nəzərdə tutan ilk layihə Xaqani bağının ətrafında həyata keçirilib. Daha sonra Əziz Əliyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması isə faktiki olaraq Nizami küçəsindən Dənizkənarı Milli Parka qədər piyada zolağının genişləndirilməsinə imkan verib.
Metronun “28 May” stansiyasının qarşısındakı meydanın abadlaşdırılması paytaxtın həmişə izdihamlı olan bu guşəsini təkcə çoxfunksiyalı nəqliyyat qovşağına deyil, həm də şəhərin görkəminə gözəllik verən geniş piyada zolağına çevirib. Bu dəyişikliklər şəhər mühitinin keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Piyada infrastrukturunun təhlükəsizlik və əlçatanlıq standartlarına cavab verməsi istiqamətində aparılan işlər bu il də davam etdiriləcək”, – deyə məlumatda qeyd edilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi