COVİD-19 cərimələrinin silinməsi üçün hələlik heç bir təşəbbüs yoxdur.
Onun sözlərinə görə, cərimlərin silinməsi ilə bağlı dövlətə müraciət olunmalıdır. Əksər halda bu müraciətlər müsbət həllini tapır:
“İstənilən borcu dövlət silə bilər. Bu təşəbbüslə millət vəkilləri çıxış edib, cərimələrin silinməsini təmin edə bilərlər”.
Millət vəkili Məlahət İbrahimqızı isə saytımıza açıqlamasında bildirib ki, bu cərimələrin qalması heç kimə maneə törtətmir:
“Bu cərimələrin qalması kimə maneə törədir? Kim zəmanət verir ki, nə vaxtsa bir də pandemiya olmayacaq? Lap yaxşı, pandemiya yoxdur, heç kəs də cərimələnmir”.
Qeyd edək ki, Türkiyə Konstitusiya Məhkəməsi karantin rejimi qaydalarını pozduqlarına görə ölkə vətəndaşlarının cərimə kimi ödədikləri vəsaitin geri qaytarılmasına qərar verib. Pandemiya borclarını silən və cərimələrin məbləğini vətəndaşlarına geri qaytarmağa qərar verən daha bir qonşu ölkə isə Gürcüstandır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi