“WhatsApp” süni intellekt dünyasına qapı açacaq böyük yenilənməyə hazırlaşır. Belə ki, tərtibatçılar süni intellekt əsaslı çat-botlara həsr olunmuş ayrı bir qoşma əlavə edəcəklər. Yenilik tətbiqin 2.25.3.2 versiyasında görünəcək.
AvroMedia.az oxu.az-a istinadən xəbər verir ki, yeni funksiya “İcmalar” qoşmasını əvəz etmək və istifadəçilərə mesajlaşma interfeysi daxilində müxtəlif süni intellekt xidmətlərinə çıxışı təmin etmək üçün nəzərdə tutulub.
Yenilənmə hazır süni intellekt botlarına çıxışla yanaşı, istifadəçilərə öz virtual köməkçilərini yaratmaq imkanı da verəcək.
Hazırda funksiya erkən mərhələdədir.
“WhatsApp”a inteqrasiya ediləcək süni intellekt xidmətlərinin konkret siyahısı hələ açıqlanmayıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi