Artıq 2023-cü ilin oktyabr ayından “Android” smartfonlarında birdən çox hesabdan istifadə etmək imkanı verən vatsap messenceri bu funksiyanı “Apple” cihazlarına da genişləndirməyə hazırlaşır.
AvroMedia.az xəbər verir ki, “WABetaInfo”nun (WBI) məlumatına görə, artıq “iPhone” üçün çox istifadəçi dəstəyinin sınaqdan keçirilməsinə başlanılıb.
Vatsapın iOS 25.2.10.70 üçün beta versiyasında istifadəçilərə eyni cihazda, eyni vaxtda iki müxtəlif hesab ilə işləməyə imkan verən funksiya aşkar edilib.
Sınaq başa çatdıqdan sonra funksiya bütün dünya üzrə “iOS”da vatsap istifadəçiləri üçün əlçatan olacaq. Ekspertlər bunun bir neçə ay çəkə biləcəyini təxmin edirlər.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi