Bakı bazarlarında qaymaq qıtlığı yaşanır
Tarix: 25-01-2025, 09:31
Baxılıb: 2 582
Google+ Paylaş
Tumblr Paylaş

Bakı bazarlarında qaymaq qıtlığı yaşanır

25-01-2025, 09:31

Paytaxt bazarlarında qaymaq tapmaq çətinləşib.
AvroMedia.az Xəzər TV-yə istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəlki dövrlərdən fərqli olaraq qaymağı indi Bakıya yalnız sifarişlə gətirirlər.
Bundan başqa, təmiz qaymaqdan hazırlanan kərə yağı da qıtlıq içindədir. Satıcılar deyir ki, xalis kərə yağının əldə olunması böyük zəhmət tələb edir. Həmçinin hər keçən il xərclər artır.
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil. Bununla yanaşı, iqlim dəyişmələri, otlaq sahələrinin azalması və digər amillər də xərclərin artmasına səbəb olub. Yaxın vaxtlarda isə qiymətlərdə ucuzlaşma gözlənilmir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ