24 yanvar 2025-ci il tarixində “WhatsApp”da irimiqyaslı problem qeydə alınıb.
AvroMedia.az xəbər verir ki, Rusiyadan olan istifadəçilər sosial platformaya daxil olmaqda çətinlik çəkiblər.
Downdetector-un məlumatına görə, bu problemlə bağlı şikayətlərin sayı 2 mini ötüb. İstifadəçilər əsasən mesajların çatdırılmaması və messencerin fəaliyyətində ümumi problemlər barədə məlumat verirlər.
Qeyd edək ki, eyni gündə Rusiya internet məkanında (Runet) da böyük bir texniki nasazlıq baş verib. İstifadəçilər messencerlərə, sosial şəbəkələrə və müxtəlif tətbiqlərə daxil ola bilmədiklərindən şikayət ediblər. Hətta bəzi hallarda internet tamamilə əlçatmaz olub.
Bu vəziyyətin səbəbləri barədə rəsmi açıqlama hələlik təqdim edilməsə də, problemin qlobal texniki nasazlıqdan və ya regional infrastrukturdakı qüsurlardan qaynaqlandığı ehtimal olunur.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi