Tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər saxlanıldı
Tarix: 23-01-2025, 17:30
Baxılıb: 2 683
Google+ Paylaş
Tumblr Paylaş

Tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər saxlanıldı

23-01-2025, 17:30

Sosial şəbəkələrdə tanınmışlara onların profillərində olan dostlarının adından müraciət edərək pul istəyən və bu yolla kibertalama əməllərinin törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
AvroMedia.az xəbər verir ki , Bakı şəhəri ərazisində polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 40 yaşlı Eldəniz Mehrəliyev və 34 yaşlı Elnur Məmmədov saxlanılıblar.
Onların bu üsulla müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçirdikləri müəyyən edilib.
Qeyd edək ki, Əməkdar artistlər Sənubər İsgəndərli, Fərqanə Qasımova, müğənni Kamilə Nəbiyeva, rəqqasələr Rəna Ağamuradova (Renka), Fatimə Fətəliyeva, aparıclar Mətanət Əliverdiyeva, İlkin Həsəni, Tarix Əliyev (Tolik), aktrisa Pərvin Abıyeva son günlər kiberdələduzluqların qurbanı olduqlarını açıqlayıblar.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ