“Prezident İlham Əliyevin “Bakı Metropoliteni” QSC qarşısına qoyduğu mühüm vəzifələrdən biri sıxlığın azaldılması istiqamətində tədbirlərin görülməsidir”.
AvroMedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov deyib. O bildirib ki, buna ilkin mərhələdə intervalın azaldılması ilə nail olmaq mümkündür. Bu isə bir neçə faktora əsaslanır.
“Birinci ən mühüm faktorumuz “Qırmızı xətt”lə “Yaşıl xətt”in birləşdiyi “C.Cabbarlı”-“28 May” stansiyasında xətlərin ayrılmasıdır. Dünya praktikasında da göstərir ki, xətlərin müstəqil fəaliyyət göstərməsi hərəkət sıxlığını azaltmaq üçün mühüm əhəmiyyət kəsb edir. İlkin planımız bu stansiyaları ayırmaq olacaq. Belə ki, “Dərnəgül” stansiyasından gələn qatarlar “Xətai” stansiyasınadək davam edəcək. “İçərişəhər” stansiyasından başlayan qatarlar isə “Həzi Aslanov” istiqamətində hərəkət edəcəklər”, - V. Aslanov qeyd edib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb