Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qanlı Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım gecəsi keçirilib.
Avroamedia.az xəbər verir ki, gecədə istedadlı dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.
Bədii rəhbəri Xalq artisti Gülbacı İmanova olan Azərbaycan Dövlət Xor Kapellası mərhum bəstəkar Azər Rzayevin “Bak1-90” simfoniyasını və dünya klassik musiqisinin tanınmış nümunələrindən biri olan Rixard Vaqnerin “Ziqfridin ölümü və matəm marşı” əsərini səsləndiriblər.
Proqramda, həmçinin Azərbaycanın tanınmış bəstəkarlarının əsərləri də yer alıb. Rauf Əliyevin “Azadlığa gedən yollar”, Aqşin Əlizadənin “Azərilər” kantatasından “Odlar yurdunun səsi” adlı parça da tamaşaçılara təqdim olunub. Bu əsər Azərbaycan xalqının tarixi qəhrəmanlıq və azadlıq mübarizəsini simvolizə edir.
Gecənin musiqi proqramı tədbir iştirakçılarının qəlbinə dərin hüzn, qürur və azadlıq hisslərini gətirib.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu