"İmkan olsaydı insanların başqaları haqqında fikir bildirmək bacarıqlarını əllərindən alardım".
AvroMedia.az xəbər verir ki, bu sözləri aparıcı Kəmalə Piriyeva sosial şəbəkədə yazıb. Kəmalə paylaşımına bu sözlərlə davam edib:
"Bəzi adamların ümumiyyətlə bu haqqı olmamalıdır. Hamı haqqında (xarici görünüşü, zövqü, həyat tərzi, dini, əxlaqı) zəhərli fikirləri var. Sənə nə kim nə geyinir? Sənə nə kim necə yaşayır? Sənə nə?
Sən özünə cavabdehsen. Ətrafındakı insanlara, cəmiyyətə bir zərəri toxunmursa, hər kəsin istədiyi kimi yaşamaq haqqı var. Birini qınamağın yaxşı bir əməl olmadığını əzbərləyənlər, o biri tərəfdən dil boğaza qoymur. Biri haqqında yaxşı danışmaq içinizdən gəlmirsə, heç olmasa susun! Ətrafa saçdığınız pis enerjili sözləri görmək, eşitmək məcburiyyətində qalmaq istəmirik".
Qeyd edək ki, yanvarın 15-də dünyasını dəyişən aktrisa Çimnaz Sultanovanın ünvanına sosial şəbəkədə tənqidlər yazılıb.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası