Çimnaz Sultanova ilə vida mərasimi keçirildi
Tarix: 16-01-2025, 15:27
Baxılıb: 3 353
Google+ Paylaş
Tumblr Paylaş

Çimnaz Sultanova ilə vida mərasimi keçirildi

16-01-2025, 15:27

Aktrisa Çimnaz Sultanova ilə vida mərasimi keçirilib.
AvroMedia.az xəbər verir ki, mərhumla vida mərasimi Əmircanda atasının evində baş tutub.
Mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.
Mərhum Əmircan qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, aktrisa 43 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib.
Xatırladaq ki, Çimnaz Sultanova 15 yanvar 1982-ci ildə Bakıda anadan olub. “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb.
Həmçinin Almaniyada Beynəlxalq iqtisadi əlaqələr fakültəsindən məzun olub. Dram dərnəyində aktyorluq sənəti üzrə və eyni zamanda vokal üzrə təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyub. /Reportскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ