Bu, təbii fəlakətdir, qəsdən olmayıb. Bu yanğın Allahın lənətidir. Tanrının təkcə amerikalılara deyil, bütün insanlara qəzəbidir.
Bu sözləri Kult.az-a kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri ətrafındakı meşə yanğınları haqda danışarkən deyib.
Ekstrasens hesab edir ki, yanğın qəsdən törədilməsə də, geniş bir ərazini əhatə etməsi bilərəkdən həyata keçirilib:
“Yerli hakimiyyət, aidiyyəti qurumlar istəsəydi, yanğının qarşısını ala bilərdi. Amma çox təəssüf ki, məqsədyönlü şəkildə yanğının daha da yayılmasını təmin ediblər. Siyasi baxımdan yerli hakimiyyətin marağında olub ki, alovun qarşısı alınmasın”.
Qeyd edək ki, ekspertlər ABŞ-ın Los-Anceles şəhərində baş verən yanğının ildırım vurması, iqlim dəyişikliyi, atəşfəşanlıq fişəngləri və elektrik naqilindən ola biləcəyinə dair ehtimallar səsləndirib. Hətta bəzi absurd olan: yad planetlilər, dronlar, kosmosdan lazer şüası ilə qəsdən yandırılmasına dair versiyalar da irəli sürülüb.
Yerli hakimiyyət orqanları isə yanğının səbəbi ilə bağlı araşdırmalar aparıldığını bildirib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi