Azərbaycanlı kikboksçu Tulin Ələkbərova barəsində sosial media hesablarında yayılan montajlı şəkillərin silinməsini tələb edir.
AvroMedia.az xəbər verir ki, bu barədə o, Oxu.Az-a verdiyi açıqlamada qeyd edib.
Kikboksçu bildirib ki, onun şəkili qeyri-etik formada redaktə edilərək sosial media hesablarında yayılıb:
“Bir neçə gün bundan əvvəl Aysu Qəhrəmanova adlı idmançı tərəfindən mənəmmiş kimi bir şəkil montaj edilərək paylaşılıb. Mən həmin qızdan Abşeronda polis idarəsinə şikayət etmişəm. İki gün sonra qız idarəyə çağırıldı. O, şəkli öz telefonundan silib. Lakin bunu bütün sosial şəbəkə hesablarında yaymışdı. Öz “TikTok” hesabından da sildi. Üzr istəmədən, mən şikayəti geri çəkmədən qız çıxıb gedib. Bütün sosial şəbəkədə paylaşılan montajlı formada mənəmmiş kimi qələmə verilən şəkillərim başqasının qeyri-etik səsi ilə paylaşılıb. Əslində elə bir şey yoxdur. Mən sadəcə olaraq bundan narahatam. Mənim adımı pisə çıxardırlar, bu, karyerama mənfi təsir edir. Bir neçə tələbəmi buna görə itirmişəm. Ailəvi problem yaşayıram. Nişanlanacağım oğlanın ailəsi görüb. Pis vəziyyətdəyəm. Özümü öldürmə dərəcəsinə çatmışam”.
Tulin Ələkbərova bu məsələnin qloballaşmasını, problemin aradan qaldırılmasını, qızın isə cəzalandırılmasını istəyir:
“Hansı sosial şəbəkədə, mediada paylaşılıbsa, bunlar aradan götürülsün ki, mən normal həyatıma davam edim. Bütün platformalardan mən bunun silinməsini tələb edirəm. Mən canıma qəsd edəndən sonra buna kim cavabdeh olacaq?”
Xatırladaq ki, kikboksçu Tulin Ələkbərova bir müddət əvvəl sevgilisi tərəfindən ölümcül döyülmüşdü.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi