Meymunçiçəyi virusunun yeni ştamı aşkar edildi
Tarix: 9-01-2025, 17:30
Baxılıb: 2 292
Google+ Paylaş
Tumblr Paylaş

Meymunçiçəyi virusunun yeni ştamı aşkar edildi

9-01-2025, 17:30

Çində meymunçiçəyi virusunun yeni ştamının yayılması ilə bağlı epidemiya qeydə alınıb.
AvroMedia.az xəbər verir ki, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən məlumat verilib.
Məlumata görə, ölkədə meymunçiçəyi virusunun bir qrup halında yayılması aşkarlanıb. Yoluxmanın mənbəyi isə Konqo Demokratik Respublikasında yaşamış və ölkəyə səfər etmiş xarici vətəndaşdır.
Epidemiyanın müəyyənləşdirilməsindən sonra Çin hökuməti dərhal tədbirlər görərək, Zhejiang, Guangdong, Pekin və Tianjin kimi bölgələrdə epidemioloji tədqiqatlar aparıb, riskləri qiymətləndirib, diaqnoz və müalicə işlərinə başlayıb. Profilaktika və nəzarət tədbirləri ilə əlaqədar birgə mexanizm də işə salınıb.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ