Axşam sonuncu qida qəbulu yuxudan 3 saat əvvəl olmalıdır. İnsanın gecə saat 11-də artıq yuxuda olmalı olduğunu nəzərə alsaq, yemək maksimum 8-də yeyilib bitməlidir.
AvroMedia.az xəbər verir ki, qastroenteroloq Dmitri Fedulov yuxudan əvvəl bəzi qidaların neqativ təsirindən danışıb.
“Axşamlar qaz, köp yaradan tərəvəzlərdən və paxlalılardan uzaq durmaq lazımdır. Eləcə də nişastalı kartof, qarğıdalıdan olan yeməkləri axşam yedikdə şəkər, insulin qalxır, artıq çəki olur.
Qlükozası çox olan meyvələr - banan, üzüm, şirin alma da axşamlar yeməyin.
Süd də qarında kəskin sancı və köpmə yaradır. Süd məhsullarından yağsız yoqurt, kəsmik, kefir uyğundur. Bu qidaları günün birinci yarısında yemək lazımdır ki, fiziki aktivlik zərəri qarşılasın.
Axşam yeməyinə təzə və ya pörtlədilmiş tərəvəzlər, zülal, proteinli qidalar yeyin.
Toyuq əti, file, yumurta, balıq, kəsmik, alma və s. Optimal kalori bölgüsü: 30% səhər, 50% günorta, 20% axşam.
Axşamlar şirin desert, şoraba və yağlı qidalar seçməyin, bu qaraciyər və mədəaltı vəzə yük yaradır”, - Fedulov qeyd edib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi