Apple iOS 18.2.1 yeniləməsini istifadəyə verib və bu yeniləmə “iPhone” və “iPad” istifadəçiləri üçün mühüm səhv düzəlişləri və təhlükəsizliklə bağlı təkmilləşmələri əhatə edir.
AvroMedia.az xəbər verir ki, “Apple” yeniləmənin təcili quraşdırılmasını istəyir.
iOS 18.2.1 kiçik yeniləmə olsa da, o, mühüm səhvlərin düzəlişləri özündə cəmləşdirib və “Apple” bütün istifadəçilərə bu yeniləməni quraşdırmağı tövsiyə edib.
Qeyd edək ki, Apple ötən ay iOS 18.2 yeniləməsini istifadəyə vermişdi və bu yeniləmə “iPhone 15 Pro”, “iPhone 15 Pro Max” və “iPhone 16” seriyası kimi uyğun modellərə yeni “Apple Intelligence” xüsusiyyəti gətirmişdi.
Apple yanvarın sonunda iOS 18.3 yeniləməsini buraxmağı planlaşdırır. iOS 18.4 yeniləməsinin mart ayında gəlməsi gözlənilir.
Bu yeniləmə Siri-yə şəxsi məlumatlarınızdan istifadə edərək daha yaxşı cavablar təqdim etməyə imkan verəcək.
iOS 18.2.1 və ya iPadOS 18.2.1 yeniləməsini quraşdırmaq üçün Parametrlər> Ümumi> Proqram təminatı yeniləməsinə keçin və ekrandakı təlimatları izləyin.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi