Yeni ildə televiziyalarımız dolu-dolu idi. Hər kanalda müxtəlif konsert proqramları çəkilmiş və ya müxtəlif verilişlərin bayram buraxılışı hazırlanmışdı.
Bəs, yerli tamaşaçılarımız Yeni il gecəsi ən çox hansı kanala baxıblar?
31 dekabr gecəsi ən çox izlənilən Xəzər TV-də yayımlanan “Komedixana”nın Yeni il konserti “Komediman” olub.
İkinci pillədə ATV-də efirə gedən “Bu şəhərdə – Gül dürmək” konserti qərarlaşıb.
Üçüncü pillədə də ATV-nin Yeni il konserti olub.
4-cü yerdə “Həmin Zaur”un bayram buraxılışı qərarlaşıb. 5-ci Xəzər TV-nin “Xəzər axşamı” proqramı olub.
“Space” TV-nin “Planet Parni iz Baku” konserti 6-cı pillədə yerini tutub. ARB TV-də yayımlanan “Söhbət var”ın Yeni il buraxılışı kanalı 7-ci pillənin sahibi edib.
İTV-nin sosial mediada çox müzakirə edilən “İlin son gecəsi” konserti 8-ci sırada özünə yer tapıb.
9-cu pillədə AzTV-nin “Yepyeni il” konserti qərar tutub. 10-cu sıra Mədəniyyət TV-nin Yeni il konsertinə aid olub.
11-ci pillədə Kanal S-in “5 gün Mikayıl ilə” verilişi qərarlaşıb. AzTV-nin əsas Yeni il konserti 12-ci sırada yer alıb.
“Space” TV Yeni il konserti ilə isə 13-cü pillənin sahibi olub. 14-cü yerdə isə MTV-nin “Ötən ilin son gecəsi” konserti qərar tutub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi