Aktyor Azər Baxşəliyev vəfat edib.
AvroMedia.az xəbər verir ki , "Bozbash pictures" komandasının üzvləri "Ağsaqqal" obrazı ilə məşhurlaşan həmkarları ilə bağlı paylaşım ediblər.
Aktyor İlkin Həsəni "Hər zaman ölüm xəbərini ilk verən insanlardan zəhləm gedib. Bu dəfə elə özümdən də zəhləm gedir. Son 3 gün ərzində möcüzənin olacağına inananlar, gözləyənlər, dua edənlər, donor olmaq istəyənlər, möcüzə olmadı. Dualarımız dayandı, ümidimiz söndü.
Azər, həyat mübarizəsini dayandırdı və əbədi olaraq gözlərini yumdu. Rahat yat dostum" sözləri ilə Azərə vida edib.
"Bozbash pictures"in "Şöşü"sü Ramil Babayev isə dostunun fotosunu yayımlayaraq "Bəzən həyat bizdən ən dəyərli insanları alır, ürəyimizi boşluq və kədər ilə doldurur. Səni itirmək, qardaşım, dostum, mənim üçün sözlərlə ifadə edilə bilməyəcək qədər ağırdır. Səninlə keçirdiyim hər an mənim üçün əbədi bir xatirə olaraq qalacaq. Güldüyümüz, danışdığımız, həyatımızı bölüşdüyümüz o günləri unutmaq mümkün deyil. Sən artıq aramızda deyilsən, amma ruhun və xatirən həmişə ürəyimizdə yaşayacaq. Həyatımın bir hissəsini özünlə aparsan da, sənin haqqında olan gözəl xatirələrim mənə təsəlli olacaq" sözlərini yazıb.
Aktyor İlkin Misgərli Azərin fotosuna "Əlvida Azər" sözünü yazıb.
Aktyor Nicat Rəhimov isə Azərə "Əlvida qardaşım, nur içində yat" sözləri ilə vida edib.
Aktyor Elşən Orucov isə "Nur içində yat, əziz dostum. Sənin üçün çox darıxacağam, əlvida" sözlərini paylaşıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi