Bəzən xoruldamaq yuxu rejiminizi pozur. Amma xoruldamanı azaldaraq, daha rahat yuxu yatmaq da mümkündür.
AvroMedia.az xəbər verir ki, mütəxəssislər bu dəfə rahat yata bilməyinizə kömək edəcək məlhəm təqdim edib.
İlk əvvəl əgər artıq çəkiniz varsa ondan xilas olun.
Limon, çobanyastığı və ya şüyüd çayını yatmazdan əvvəl içsəniz rahat yata biləcəksiniz. Bu tənəffüs yollarını açır, nəfəsalma problemini aradan qaldırır.
Yatmazdan əvvəl isti duş qəbul edin. Duşdan gələn buxar sizi rahatlaşdırmaqla yanaşı, burun keçidlərini nəmləndirə, burun tıkanıklığını azalda və nəfəs almağı asanlaşdıra bilər.
Yatmazdan əvvəl süd məhsulları qəbul etməyin. Süd istehlakı tıxanma və tənəffüs yollarını daraltmaq və ya bloklamaqla xoruldamaya kömək edə bilən selik istehsalına səbəb ola bilər.
Eyni zamanda tərkibində çox ədviyyat olan yeməklərdən uzaq durun.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi