Proqnozlarının düzgünlüyünə görə "Yeni Nostradamus" adlandırılan ekstrasens Kreyq Hamilton-Parker yeni ilin Böyük Britaniya üçün siyasi baxımdan çətin olacağını bildirib.
AvroMedia.az xəbər verir ki, Parker Baş nazir Keyr Starmerin hakimiyyətdən uzaqlaşdırılacağını və onun vəzifəsinin müvəqqəti olaraq daxili işlər naziri İvet Kuper tərəfindən icra ediləcəyini iddia edib.
Ekstrasens əlavə edib ki, şahzadə Harri və Meqan Markl bu il boşanacaqlar. Onun sözlərinə görə, britaniyalı aristokrat ABŞ-ı tərk edərək vətəninə qayıdacaq və orada ölkənin ictimai həyatında iştirak etməməyə çalışacaq. Atası Kral III Çarlz onu qucaq açaraq qarşılayacaq və bağışlayacaq. Lakin qardaşı Uilyam ilə barışmaq daha uzun çəkəcək.
Hamilton-Parker xəbərdarlıq edib ki, ABŞ Donald Trampın hakimiyyətə qayıdışı ilə bağlı dramatik hadisələrlə üzləşəcək. O bildirib ki, seçilən prezident avtomobilindən düşərkən güllələnəcək. Lakin Tramp sağ qalacaq və bir çox amerikalıya özünü güclü prezident kimi göstərəcək. Eyni zamanda, Tramp və İlon Mask arasındakı münasibətlər tez bir zamanda pisləşəcək.
O əlavə edib ki, Birləşmiş Ştatları etiraz aksiyaları, köhnə qayda və qanunların ləğvi, Meksika divarının inşası və çoxlu sayda qeyri-qanuni miqrantın ölkədən çıxarılması gözləyir

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi