Məşhur mesajlaşma tətbiqi WhatsApp, 1 yanvar 2025 tarixindən etibarən bəzi telefon modellərində fəaliyyətini dayandıracaq. Meta tərəfindən yayımlanan siyahıya əsasən, tətbiq 8 gün sonra bəzi Motorola, Samsung, HTC, LG və Sony modellərində işləməyəcək.
AvroMedia.az xəbər verir ki, Meta şirkəti, müəyyən aralıqlarla köhnə cihaz modellərinə dəstəyi dayandırır. Şirkət açıqlayıb ki, köhnə aparatlara malik olan və yeni versiyaları işlətdikdə çətinlik çəkən cihazlar üçün dəstək artıq başa çatıb.
İŞLƏMƏYƏCƏK MODELLƏRİN SİYAHISI
Samsung:
Galaxy S3
Galaxy Note 2
Galaxy Ace 3
Galaxy S4 Mini
Motorola:
Moto G (1-ci nəsil)
Razr HD
Moto E 2014
HTC:
One X
One X+
Desire 500
Desire 601
LG:
Optimus G
Nexus 4
G2 Mini
L90
Sony:
Xperia Z
Xperia SP
Xperia T
Xperia V
WhatsApp-ın inkişaf edən funksiyaları və platformaya əlavə olunan yeniliklər, bu cihazların köhnə texnologiyaları ilə uyğunsuzluq yaratdığı üçün tətbiqin işləməsinə mane olur. Yeniliklərin daha stabil işləməsi üçün müasir cihazların istifadəsi zəruridir. Buna görə də köhnə cihazlar üçün dəstək tamamilə dayandırılır.
İPHONE MODELLƏRİ ÜÇÜN SON TARİX MAY 2025
iPhone istifadəçiləri üçün WhatsApp dəstəyinin son tarixi May 2025 olaraq müəyyən edilib. iOS 15.1 və daha köhnə versiyalara malik olan iPhone modelləri bu tarixdən sonra WhatsApp tətbiqindən istifadə edə bilməyəcək.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi