Başa vurmaqda olduğumuz 2024-cü il bəzi sənət adamları, tanınmışların itkisi ilə də yadda qaldı.
AvroMedia.az 2024-cü ildə itirdiyimiz tanınmış incəsənət, ictimai-siyasi xadimlər, jurnalist və ədəbiyyat adamlarını xatırladır:
- Əməkdar artist, musiqiçi, qarmon ustası Gülbahar Şükürlü - 5 yanvar, xərçəng xəstəliyi, 61 yaşında;
- Əməkdar artist, müğənni Aygün Hümmətova (Bəylər) - 6 yanvar, xərçəng xəstəliyi, 48 yaşında;
- Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Çingiz Hüseynov - 9 yanvar, 84 yaşında;
- Professor, əməkdar jurnalist Şamil Vəliyev - 19 yanvar, 63 yaşında;
- Aktyor, əməkdar artisti Niftulla Əsgərov - 22 yanvar, 64 yaşında;
- Əməkdar jurnalist Rəhman Orxan - 2 fevral,uzun sürən xəstəlikdən, 73 yaşında;
- Müğənni, bəstəkar, xalq artisti Leyla Şəripova - 19 fevral, 94 yaşında;
- Şair, publisist Zeynal Vəfa - 14 mart, 85 yaşında;
- Xanəndə Sahibə Əhmədova - 16 mart, xərçəng xəstəliyi, 68 yaşında;
- Teatr və kino aktyoru Rahib Əliyev - 22 mart, 78 yaşında;
- Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov - 27 mart, 84 yaşında;
- Deputat Hadi Rəcəbli – 17 aprel, ürək tutması, 76 yaşında;
- Deputat İsgəndər Quliyev - 17 aprel, 85 yaşında;
- Müğənni Cavanşir Məmmədov- 20 aprel, qəfil ölüm, 75 yaşında;
- Tibb elmləri doktoru, Türk Dünyası Pediatriya Birliyinin prezidenti Nəsib Quliyev - 24 aprel, intihar, 73 yaşında;
- İlk ombudsman Elmira Süleymanova - 25 aprel, uzun sürən xəstəlik, 86 yaşında;
- Şair, tərcüməçi Ramiz Əsgər - 22 may, ürək xəstəliyindən, 70 yaşında;
- Keçmiş nüdafiə naziri Dadaş Rzayev - 27 may, uzun sürən xəstəlikdən, 88 yaşında;
- Meyxanaçı Elnur Valeh (Əsgərov) - 9 iyul, müxtəlif xəstəliklər, 37 yaşında;
- Milli Məclis Aparatının keçmiş rəhbəri Səfa Mirzəyev – 22 iyul, uzun sürən xəstəlikdən, 72 yaşında;
- Jurnalist Ədil Arifoğlu - 28 iyul, 56 yaşında;
- Tarixçisi, jurnalist Nəsiman Yaqublu - 25 avqust, qəza nəticəsində, 62 yaşında;
- Xanəndə Kifayət Gəncəli (Məmmədova) - 22 sentyabr, ürək çatışmazlığı, 86 yaşında;
- Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov - 17 oktyabr, müxtəlif xəstəliklər,75 yaşında;
- Müğənni Şahlar Quliyev - 26 oktyabr, uzun sürən xəstəlik, 78 yaşında;
- Jurnalisti, ssenarist Zülfüqar Rüfətoğlu - 9 noyabr, uzun sürən xəstəlik, 66 yaşında;
- Meyxanaçı Xəyyam Əhmədli – 3 dekabr, uzun sürən xəstəlik, 44 yaşında;
- Xalq rəssamı Tofiq Ağababayev - 20 dekabr, 96 yaşında;
- Milli Qəhrəman, kapitan pilot Kşinyakin İqor İvanoviç – 25 dekabr, təyyarə qəzası, 62 yaşında;
- Milli Qəhrəman, pilot Aleksandr Kalyaninov - 25 dekabr, təyyarə qəzası, 32 yaşında;
- Milli Qəhrəman, stüardessa Hökümə Əliyeva - 25 dekabr, təyyarə qəzası, 33 yaşında;
- Keçmiş millət vəkili Fərhad Qəribov - 25 dekabr, 72 yaşında.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi