Tiktoker Zəhra Abbasova ev dustaqlığına buraxılıb.
AvroMedia.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Lakin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə tiktoker barəsində seçilmiş 4 aylıq ibtidai istintaq davam edir.
Xatırladaq ki, Zəhra Abbasova bu yaxınlarda polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılmışdı.
Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi