"ADY Ekspress" yenidən təşkil olundu
Tarix: 26-12-2024, 20:38
Baxılıb: 2 275
Google+ Paylaş
Tumblr Paylaş

"ADY Ekspress" yenidən təşkil olundu

26-12-2024, 20:38

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus “ADY Ekspress” MMC yenidən təşkil olunub.
AvroMedia.az xəbər verir ki, bu, səhmdar cəmiyyətinə məxsus digər şirkətin - “ADY Konteyner” MMC-nin ona qoşulması ilə baş verib.
Son nəticədə "ADY Konteyner"ə məxsus 5 000 830 manatlıq nizamnamə kapitalı "ADY Ekspress"in hesabına köçürülüb. Bununla da, onun kapitalı 1 911 634 manatdan 6 912 464 manata çatdırılıb.
Birləşmə ADY-nin Müşahidə Şurasının qərarı əsasında, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı ilə qanunvericiliyə və hüquqi prosedurlara tam uyğun şəkildə icra edilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ