AZAL məlumat yaydı: Son dərəcə ağır və faciəli bir gündür
Tarix: 25-12-2024, 19:30
Baxılıb: 2 276
Google+ Paylaş
Tumblr Paylaş

AZAL məlumat yaydı: Son dərəcə ağır və faciəli bir gündür

25-12-2024, 19:30

Azərbaycan Hava Yolları QSC (AZAL) ona məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib.
AvroMedia.az xəbər verir ki, bu barədə aviaşirkət açıqlama yayıb.
"Bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür. “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq", - məlumatda qeyd olunub.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ