Yeni il hər mədəniyyətdə fərqli adət-ənənələrlə qarşılansa da, bəxt, sağlamlıq və zənginlik gətirəcəyi inancı ilə bəzi rituallar icra olunur.
AvroMedia.az xəbər verir ki, rituala görə, Yeni il gecəsi yastığınızın altına dəfnə yarpağı qoyun və bu yarpağı 7 gün orada saxlayın.
7 günün sonunda dəfnə yarpağını torpağa basdırın. Bu ritualın bolluq və zənginlik enerjisinin il boyu sizinlə olmasını təmin edəcəyinə inanılır.
Bolluq və bərəkəti simvolizə edən başqa rituallar da var. Yeni il ərəfəsində nar sındırmaq evə bolluq gətirəcəyinə inanılan ənənəvi adətdir.
Hər biri fərqli bolluğu simvolizə edən nar dənələri evin hər küncünə səpilir. Qırmızı rəngdən istifadənin sevgi və şansı artırdığına da inanılır.
Yeni il gecəsində qırmızı alt paltarı geyinmək, qırmızı şam yandırmaq və ya masada qırmızı detallardan istifadə etmək də şansınızı artıra bilər.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi