Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı, 49 yaşlı Əsma Əsəd əri ölkədən qaçmazdan bir neçə həftə əvvəl Moskvada xərçəng xəstəliyindən müalicəyə başlayıb.
AvroMedia.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Bildirilib ki, Əsəd xanımı ilə Rusiyanın paytaxtına gəldikdən sonra görüşüb. Əsmanın anası və atası, o cümlədən qızı Zeyn də Moskvadadır.
Nəşrin məlumatına görə, Əsədin oğullarından birinin də Moskvada təhsil aldığı məlum olub.
Əsma Əsədə leykemiya diaqnozu qoyulub.
Qeyd edək ki, bir müddət öncə Əsma Əsədin Bəşər Əsəddən boşanaraq, Londona getmək istədiyi haqda məlumat yayılmışdı.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur