Bakıya XƏBƏRDARLIQ!
Tarix: 17-12-2024, 18:31
Baxılıb: 2 293
Google+ Paylaş
Tumblr Paylaş

Bakıya XƏBƏRDARLIQ!

17-12-2024, 18:31

2024-cü il həm Azərbaycan, həm də digər bir sıra ölkələr üçün seysmik aktiv bir dövr oldu.
İlin ilkin ayında – yanvarın 19-da 5,1 bal gücündə baş verən zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunmuşdu. Daha sonra iyul ayında Lənkəran bölgəsində 4,7 bal gücündə yeraltı təkanlar meydana gəlmişdi. Ən son isə noyabrın 23-də Laçın ərazisində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Ekspert ən təhlükəli ocaqlardan birinin Xəzər dənizi sayıldığını da qeyd edib:
“Ən təhlükəli ocaqlardan biri məhz Xəzər dənizidir. Çünki Xəzər mürəkkəb tektonik ərazidir. Burada bir neçə qırılma zonaları, qırışıqlar mövcuddur. Onların birləşmə nöqtələri genişdir. Üstəlik, seysmik ocaqlarla da zəngin bir ərazidir. Abşeron yarımadası və Bakı şəhərinə ən böyük təhlükə də məhz bu zonadan gəlir. Həmçinin, Şamaxı-İsmayıllı seysmik aktiv bölgəsi də Bakı və Abşeron ərazisi üçün bir növ təhlükə törədir.
2025-ci ildə  Azərbaycanda hiss olunan zəlzələ, yəni 4,5-5,5 maqnitudalı ola bilər. Burada bir amil də var ki, yeraltı təkan səthə yaxındırsa, onun seysmik effekti daha çox hiss olunacaq. Ona görə hər zaman qeyd edirəm ki, seysmik ocağın dərinliyi vacib faktorlardan sayılır”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ