Heydər Əliyev Fondu əksər Afrika ölkələri üçün bir nömrəli problem olan – içməli su ilə təchiz məsələsinə öz töhfəsini verib. Belə ki, Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Ruandanın Şərq əyalətinin administrativ mərkəzi Rvamaqana şəhər məktəbi içməli su ilə təchiz edilib.
AvroMedia.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri zamanı Rvamaqana şəhər məktəbində olub.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb binasının yerləşdiyi ərazidə su quyusu qazılaraq saatda 3 tona yaxın içməli suyun verilməsi təmin edilib. Bundan əvvəl sakinlər tələbatlarını təmin etmək üçün yağış suyundan asılı vəziyyətdə olublar.
Məktəblə tanışlıq zamanı şagirdlər Azərbaycan haqqında daha geniş məlumat əldə edib, ölkəmizin ənənəvi təamlarını dadıblar.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi