Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Azərbaycanda gözlənilən kəskin hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
AvroMedia.az xəbər verir ki, AYNA sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edir.
Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, piyadalardan yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.
Agentlik tərəfindən sürücülərdən ara məsafəsi və sürət həddinə diqqət etmələri xahiş olunur:
“Avtomobillərinizi ağacların və dayanıqsız konstruksiyaların yaxınlığında park etməyin və bu ərazilərdə dayanmayın. Mikromobillik istifadəçiləri, diqqətli olun! Yağışlı hava şəraitində yol səthi sürüşkən olduğundan sürətinizi azaldın və yol nişanlarına xüsusi diqqət yetirin”.
Qeyd edək ki, dekabrın 14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi