Səkkiz il əvvəl fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin 10 il həbs cəzasına məhkum edilmiş sədri Nadir İsmayılovun Böyük Britaniyadakı bank hesabında 2.5 milyon funt sterlinq (5.4 milyon manat) pul olduğu müəyyən edilib.
AvroMedia.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya mənbədən məlumat daxil olub.
Azərbaycanın Maliyyə Monitorinqi Mərkəzi belə bir hesabın olduğunu öyrənib və aidiyyəti üzrə məlumat verib. Xətai Rayonu İcra Şöbəsi isə həmin hesaba həbs qoyulması üçün məhkəməyə təqdimat verib.
Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. N.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.
Məhkəmə araşdırması zamanı məlum olub ki, sabiq bankir 72.3 milyon manatı vəzifə mövqeyindən istifadə edərək mənimsəyib. 5 milyon manatı isə dələduzluq yolu ilə ələ keçirib. Cinayət işinin materiallarına görə, “Zaminbank”ın bu günə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84.5 milyon manatı Mərkəzi Bank qarşısındadır. Bu səbəbdən onun Bakının müxtəlif ərazilərində olan daşınmaz obyektləri, o cümlədən lüks avtomobilləri müsadirə edilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi