Anası İrina Ağalarova Xalq artisti Emin Ağalarovdan danışıb.
AvroMedia.az xəbər verir ki, Ağalarovanın rus mediasına verdiyi müsahibəni Emin sosial şəbəkə hesabında paylaşıb.
Müxbirin "Emin hələ də sizin üçün balaca uşaqdır" sualına İ.Ağalarova "Nə danışırsınız? Təbii ki, yox. Emin sakitcə söykənə biləcəyim bir qayadır. Ona görə çox xoşbəxtəm. Ona hər zaman uğurlu olduğunu, onunla fəxr etdiyimi və sevdiyimi deyirəm. Onun üçün xoşbəxtəm. Onun uğurlarına çox şadam" cavabını verib.
Oğlu ilə bağlı arzusundan danışan Ağalarova bunları əlavə edib:
"İstəyirəm ki, onun iki oğlu böyüsün və ona dayaq olsunlar. “Klan”ın necə olduğunu bilirsiniz? İstəyirəm ki, onlar arasında olan bu əlaqə bir “klan” kimi böyüsün. Bu yəqin ki, ən vacıb məsələdir".

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi