Son günlər bulvarda tülkü görüntülənməsi ilə bağlı xəbəri nəzərinizə çatdırmışdıq.
AvroMedia.az xəbər verir ki, sosial şəbəkələrdə tülkülərlə bağlı videolar yayılmağa davam edir. Bulvar ərazisində gəzən, istirahət edən sakinləri isə bu heyvan narahat edir.
Bəs bu tülkü ilə bağlı niyə tədbir görülmür?
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, ərazidə tülkü olmasından xəbərdardırlar. Bu məsələ ilə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı Mərkəzi”nə müraciət edilir. Nazirliyin aidiyyəti struktur bölmələri həmin canlıların bulvar ərazisindən müvafiq qaydada uzaqlaşdırılması istiqamətində zəruri addımlar atır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə qeyd olunub ki, məsələ ilə bağlı məlumatlıdırlar. Nazirliyin nəzdində fəaliyyət göstərən Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən zəruri tədbirlər görüləcək.
Qeyd etmək lazımdır ki, tülkülər quduzluq xəstəliyinin yayılmasına səbəb ola bilərlər. Quduzluq isə olduqca təhlükəli xəstəliklərdəndir.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur