Bakıda COP29 zamanı istifadə olunan elektrik avtobusları bir müddət öncə müntəzəm marşrut xəttlərində istifadəyə verilib. Bu avtobuslar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri kimi şəhərin nəqliyyat sisteminin modernləşdirilməsi və havanın çirklənməsinin azaldılması məqsədini daşıyır.
Bəs həmin marşrut xəttlərində olan əvvəlki avtobusların taleyi necə olacaq? Onlar Bakıətrafı ərazilərdə istismarda olan nisbətən köhnə avtobusları əvəz edə bilərmi?
Bütün bu suallara cavab tapmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.
AvroMedia.az xəbər verir ki, agentlikdən baku.ws-ə bildirilib ki, istismara yararsız avtobusların yenilənməsi istiqamətində işlər aparılacaq:
“AYNA tərəfindən bu istiqamətdə müsabiqələr həyata keçirilir. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.”
Bu yeniliklər nəqliyyat sistemində ciddi keyfiyyət dəyişikliklərinə səbəb olacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi