Liposaksiya əməliyyatı zamanı zərərçəkən aktrisa Milla Bekova tiktoker Sara Safuradan şikayətçi olub.
AvroMedia.az xəbər verir ki, sitat.info-ya danışan Milla Bekova Abşeron Rayon Polis İdarəsində şikayət ərizəsi yazıb:
“Bu gün səhər polis idarəsinə getdim. Çox sağ olsunlar, məni dinlədilər, şikayət ərizəmi yazdım. Heç tanımadığım, özünü jurnalist hesab edən Sara Safura məni öz “TikTok” kanalında təhqir edib, həmin videonu da onlara təqdim etdim. Bildirdilər ki, lazımi tədbir görüləcək”.
M. Bekova qeyd edib ki, bu video ilə ona ciddi mənəvi zərər vurulub: “Noyabrın 28-də əməliyyat olundum, narkozdan ayılan günü bu videonu gördükdən sonra çox böyük stress keçirdim. Ərizəmdə qeyd elədim ki, Sara mövzunu bilib-bilmədən mənə qarşı nalayiq ifadələr işlədib. Özünüz də baxsanız, görəcəksiniz ki, məni necə təhqir edib”.
Qeyd edək ki, aktrisa M.Bekova, yanlış əməliyyat edərək eltisinin ölümünə səbəb olduğu iddia həkim Ülviyyə İlyasovanın şikayətçi pasientlərindən biridir və ötən gün keçirilən məhkəmə prosesində şahid və zərərçəkən qismində iştirak edib.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası