Dekabrın 9-dan 13-dək Mərakeşin Zakura şəhərində 18-ci Beynəlxalq Transsəhra Kinofestivalı keçiriləcək.
AvroMedia.az xəbər verir ki, festival çərçivəsində keçiriləcək 3 müsabiqəyə Afrika, Avropa, Asiya qitələrindən, eləcə də Kanadadan tammetrajlı və qısametrajlı filmlər təqdim edilib. Həmçinin, festival çərçivəsində qısametrajlı bədii film ssenarisi müsabiqəsi təşkil ediləcək.
Azərbaycan festivalda rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi ilə təmsil olunacaq. Ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.
Film, Tallin “Black Nights” Film Festivalı daxil olmaqla, bir sıra festivallarda iştirak edib və bir neçə mükafata layiq görülüb.
Filmdə rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natəvan Abbaslı ifa edirlər.
Festivalda mərakeşli rejissorlardan Fauzi Bensaidinin “Boş üçdəbir” tammetrajlı bədii filmi, Həsən Bencəlunun “Məlahda sonuncu Cok” sənədli filmi, Rəşidə əl-Cəraninin “Rəşid” və Əymən Həmmunun “Qoyun, keçi və qarğa” qısametrajlı filmi də nümayiş olunacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi