Onlayn qızıl alanların nəzərinə
Tarix: 28-11-2024, 21:32
Baxılıb: 3 414
Google+ Paylaş
Tumblr Paylaş

Onlayn qızıl alanların nəzərinə

28-11-2024, 21:32

Son dövrlər sosial şəbəkələr üzərindən onlayn qızıl satışı ilə məşğul olanların sayı artıb.
AvroMedia.az Xəzər TV-yə istinadən bildirir ki, qiymətlərin ucuz olması bu sahəyə marağı daha da artırır.
İlk baxışdan sadə görünsə də, bu yolla qızıl alıb, sonradan problemlə üzləşənlər də az deyil. Qızıl satışı ilə məşğul olanlar deyirlər ki, qızılın onlayn formada alış-verişi çox risklidir. Bəzi hallarda problem yaranan zaman həmin satıcıları tapmaq müşkülə çevrilir.
Onlayn qızıl satışı ilə məşğul olan satıcılardan biri isə deyir ki, real satış səhifələrindən alış-veriş etmək olar, lakin nəğd ödəniş və qızılın yerində alınması şərti ilə…
Bəzi zərgərlər isə hesab edirlər ki, onlayn satış alıcıdan çox, satıcılar üçün risklidir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ