Yeni inşa olunan Balaxanı-Böyükşor yolundakı nişanlama xətləri sürücülər arasında çaşqınlıq yaradıb.
AvroMedia.az xəbər verir ki, yolda çəkilmiş nişanlama xətləri dəyişdirildiyindən sürücülər arasında fikir ayrılığı yaranıb. Bəzi sürücülər yeni nişanların tələblərinə əməl etsələr də, bəziləri buna məhəl qoymurlar. Cərimədən xəbərsiz olan sürücülər arasında nişanın tələblərini pozanlar da var. Odur ki belə sürücülər cərimə edilirlər.
Yeni çəkilən nişanlama xətlərindən narazı olan sürücülər az deyil.
Qeyd edək ki, yol hərəkəti qaydalarına görə üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək, sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə edən sürücülərə 100 manat 3 bal cərimə tətbiq edilir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi