Ağdamın Kəngərli, Sarıcalı, Xıdırlı, Baş Qərvənddə evlərin tikintisi davam edir. Kəngərlidə 292, Sarıcalıda 203, Xıdırlıda isə 719 fərdi evin tikintisi aparılır. Qısa zamanda öz sakinlərini qəbul etməyə hazırlaşan ağdamlıların yol, su, kanalizasiya sistemlərinin infrastrukturu yenidən əsaslı şəkildə qurulur.
AvroMedia.az xəbər verir ki, həmçinin, evlərin tikilməsi təbii materiallardan istifadə edilərək və evlər ağıllı texnologiyalar vasitəsi ilə idarə olunması həyata keçiriləcək. Bütün layihələrin ən qısa zamanda həyata keçirilməsi üçün dövlət tərəfindən lazımi maliyyə və dəstək ayrılıb.
Ağdam və Füzuli rayonunda ağıllı kənd salınacaq. Bu kəndlər Ağdamın Baş Qərvənd və Füzulinin Dövlətyarlı kəndlərində həyata keçiriləcək. Ağıllı kəndlərdə günəş panellərindən istifadə ediləcək.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə hazırda 30 mindən çox insan məskunlaşıb. Onlardan 10 mini öz doğma yurdundan didərgin düşən keçmiş məcburi köçkünlərdir, 20 mindən çoxu isə həmin ərazilərin tikintisində və ərazidə olan restoran, mağaza işində çalışan insanlardır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi