Avtomobil alqı-satqısı ilə məşğul olan şəxslərə ehtiyatlı olmaq tövsiyə edilir. Sosial şəbəkədə yayılan məlumatlara əsasən, Böyükzadə Nazim adlı şəxs avtomobil kirayəsi ilə bağlı dələduzluq fəaliyyəti ilə məşğul olur.
AvroMedia.az Milli.Az-a istinadən xəbər verir ki, sözügedən şəxs əvvəlcə avtomobil kirayə götürərək, onu dəyərindən aşağı qiymətə metalloma satır və əldə etdiyi pul ilə yoxa çıxır.
Bu şəxsin sabit bir yaşayış ünvanı olmadığı bildirilir. O, müxtəlif ərazilərdə qısa müddətli kirayə evlər tutaraq, orada tanış olduğu insanlardan pul alır, kirayəni ödəmədən isə evdən gecə qaçır. Həmçinin, avtomobil alqı-satqısı ilə əlaqəli səhifələrdə reklam verərək alıcıları aldatmağa çalışır.
Faktla bağlı araşdırmalar başlayıb və iş hazırda məhkəmədədir. Buna görə də, əhalinin bu cür şəxslərə qarşı daha diqqətli olması tövsiyə olunur.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi