Dəmir Yolları QSC Bakı Dəmiryol Vağzalından istifadə edən sərnişinlərə müraciət edib.
AvroMedia.az xəbər verir ki, səhmdar cəmiyyəti bu günlərdə yollarda hərəkət intensivliyinin artması fonunda aşağıdakıları tövsiyə edib:
- Şəhərlərarası səyahətlər üçün Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlin.
- Sərnişinləri yola salmaq və ya qarşılamaq məqsədilə vağzala maksimum dərəcədə az daxil olun. Mümkün olduqda gəlməməyə çalışın.
"Sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək. Əlavə məlumat üçün 1822 Əlaqə Mərkəzinə zəng edə bilərsiniz", - müraciətdə qeyd olunub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi