Hər il 11 noyabr tarixində ənənəvi olaraq keçirilən qardaş Türkiyənin başlatdığı ağacəkmə aksiyası Azərbaycanda növbəti dəfə təşkil olunub və ölkə ərazisində gün ərzində, ümumilikdə 111 min 111 ağac əkilib.
AvroMedia.az xəbər verir ki, "Türk dövlətləri milli ağaclandırma günü“ münasibətilə Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə tədbirində Türkiyə, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, tərəfdaş təşkilatlar və könüllülər iştirak edib.
Qeyd edək ki, ağacəkmə aksiyalarının keçirilməsi və yeni yaşıllıq sahələrinin salınması dünya dövlətlərinin, o cümlədən Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün götürdüyü öhdəliklərə, qoşulduğu təşəbbüslərə dəstək və töhfədir.
"Türk dövlətləri milli ağaclandırma günü“ Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə də kütləvi ağacəkmə aksiyaları ilə qeyd olunur.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi