Mütəxəssislər ilin sonuna qədər qızılın 3 min dollar olacağını proqnozlaşdırırlar və qısamüddətli enişdən sonra artım gözləntisi üstünlük təşkil edir.
Bəs Azərbaycanda qızıl bazarında qiymətlərdə hər hansı dəyişiklik gözlənilirmi?
AvroMedia.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli “yeni sabah”a açıqlamasında qızıl qiymətləri ilə bağlı suallara belə cavab verib:
“Bütün dünya üzrə qızıl qiymətlərində artım müşahidə olunur. Qızıl əmtəəsindən istifadə edilən bütün məhsulların qiymətlərinin qalxması gözlənilir. Dünya bazarında əmtəə birjalarında qızılın qiyməti qalxdıqca qızıl və zərgərlik məmulatları istehsal edən ölkələrdə bu məhsulların qiymətini artıracaqlar”.
Xalid Kərimli ölkəmizə idxal olunan qızılın da qiymətində gözlənilən dəyişikliyi şərh edib:
“Azərbaycanda da idxal olunan qızıl məhsullarının qiyməti artacaq. Özümüzün də istehsal etdiyimiz zərgərlik məhsulları var ki, onların da qiymətlərində müəyyən dərəcədə artım gözlənilir”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi