Kanadanın İnnovasiya, Elm və Sənaye naziri Francois-Philippe Champagne Çin sosial media platforması “TikTok” ilə bağlı açıqlama verib.
AvroMedia.az xəbər verir ki, Milli.Az-ın məlumatına görə, nazir Francois-Philippe Champagne “təhlükəsizlik risklərini” əsas gətirərək “TikTok”un kommersiya fəaliyyətinin qadağan ediləcəyini, həmçinin Toronto və Vankuverdəki ofislərinin bağlanacağını açıqlayıb.
Kanada vətəndaşlarının tətbiqdən istifadə etməyə və məzmun istehsal etməyə davam edə biləcəyini ifadə edən Francois-Philippe Champagne, “Vətəndaşların kiber təhlükəsizliklərinə diqqət yetirmələri və sosial media tətbiqlərindən istifadənin potensial risklərini qiymətləndirmələri vacibdir” bildirib.
Qeyd edək ki, may ayında Kanada Təhlükəsizlik Kəşfiyyatının (CSIS) direktoru David Vigneault “TikTok” sosial media platformasının Çin hökuməti üçün bir məlumat kanalı olduğunu əsas gətirərək istifadə edilməməyə çağırıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi