Keçmiş prokurorun qardaşı dələduzluqda ittiham olunur
Tarix: 2-11-2024, 10:30
Baxılıb: 2 297
Google+ Paylaş
Tumblr Paylaş

Keçmiş prokurorun qardaşı dələduzluqda ittiham olunur

2-11-2024, 10:30

Xətainin sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində cinayət işi başlanılıb.
AvroMedia.az xəbər verir ki, ona verilən ittihama görə, Rasim İldırım jurnalist “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.
Onlar barəsində Cinayət Məcəlləsinin 179.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fəxri Məmmədovun icraatında araşdırılacaq.
Rasim İldırımın bir qardaşı da Əmrah” Bankın təsisçisi Yunus İldırımzadədir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ