Eminin konsertləri ləğv olundu
Tarix: 30-10-2024, 12:01
Baxılıb: 2 247
Google+ Paylaş
Tumblr Paylaş

Eminin konsertləri ləğv olundu

30-10-2024, 12:01

Xalq artisti Emin Ağalarovun bu gün və sabah Rusiyada keçirilməsi planlaşdırılan konsertləri ləğv olunub.
AvroMedia.az xəbər verir ki, bu haqda ifaçının rəsmi instaqram hesabında məlumat paylaşılıb. Qeyd edilib ki, oktyabrın 30-da Tulada və oktyabrın 31-də Voronejdə keçirilməli olan konsertlər baş tutmayacaq.
O, bunun səbəbini açıqlamasa da, alınan biletlərin pulunun geri qaytarılacağını bildirib.
Emin video yayımlayaraq iş qrafikinin dolu olduğunu, konsertlərin başqa bir tarixə keçiriləcəyini açıqlayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ