Məlum olduğu kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərarla noyabrda qeyri-iş günlərinin sayı artırılıb.
AvroMedia.az xəbər verir ki, 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günüdür.
Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün həftənin bazar ertəsi - 11 noyabr da qeyri-iş günü olacaq.
Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar noyabrda 6 gün ardıcıl - 8, 9, 10, 11, 12, 13 qeyri-iş günləri olacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi