Bakıətrafı ərazilərdə kanalizasiya şəbəkəsinin mərkəzləşdirilmiş sistemə qoşulması üçün investisiya tələb olunur.
AvroMedia.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bakının Baş Planına uyğun olaraq Bakıətrafı ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulma ilə bağlı mərhələli işlər aparılır: “Amma bu işlər investisiya tələb edir. Əgər daxili imkanlar hesabına hansısa layihələri həyata keçirə biliriksə, onları edirik. Lakin böyük layihələr üçün investisiya çatışmazlığı səbəbindən Bakıətrafı ərazilərdə hələ də kanalizasiya şəbəkəsi olmayan yerlər var. Bu ərazilər əsasən Sabunçu və Suraxanı rayonları, Bağlar massivi, Binəqədi rayonunun bəzi hissəsidir. Həmin ərazilərdə mərhələli şəkildə kanalizasiya şəbəkəsinin yaradılması istiqamətində işlər davam etdirilir".
C. Cabbarlı əlavə edib ki, bu ərazilərdə işlərin aparılması üçün hələ ki, xarici maliyyə mənbələrindən investisiya cəlb edilməyib və bunlar, daxili vəsaitlər hesabına həyata keçirilir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi